İsrailin kəşfiyyat naziri ərəblərə F-35 təyyarələrinin satışı barədə: “İsrail razılıq verməyib”

19-08-2020, 08:06           
İsrailin kəşfiyyat naziri ərəblərə F-35 təyyarələrinin satışı barədə:
İsrailin kəşfiyyat naziri Eli Koen avqustun 18-də bəyan edib ki, o, yəhudi dövlətinin Birləşmiş Ştatlar tərəfindən müasir silahların ərəb dövlətlərinə satılmasına yönəlik ənənəvi siyasətinin dəyişməsi barədə bilgiyə malik deyil. Belə satış bölgədə İsrailin hərbi üstünlüyünü zəiflədərdi.

Nazir Koenin iradı İsrailin «Ediot Axronot» qəzetində dərc olunmuş məqalədən sonra səslənib. Məqalədə göstərilir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) İsraillə ötən həftə ikitərəfli münasibətlərin yaxşılaşdırılması barədə sazişin imzalanmasının ardınca, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) böyük miqdarda 5-ci nəsil F-35 qırıcıları və zərbə dronları satmağı planlaşdırıb.

ABŞ-ın Yerusəlimdəki səfirliyi hələlik İsrail KİV-nin xəbərini şərh etməyib.

Onilliklər boyunca qüvvədə olan razılaşmalara uyğun olaraq, Vaşinqton Yaxın Şərqə silah satmaqdan çəkinib. Belə satış İsrailin «keyfiyyətcə hərbi üstünlyünü» zəiflədə bilərdi («Röyter»).

Xatırladaq ki, İsrail Amerika istehsalı olan ən yeni çoxməqsədli F-35 qırıcılarının yeganə istifadəçisi olaraq qalır.

«Mənim İsrail dövlətinin mövqe və siyasətində heç bir dəyişikliyin baş verməsindən xəbərim yoxdur. Mən, sizə deyirəm, İsrail ABŞ-la ikitərəfli razılaşmanın dəyişdirilməsi barədə öz razılığını verməyib» - deyə, Koen «Kan» ictimai teleşirkətlə söhbət zamanı bildirib.

AzPolitika.info



Azərbaycanda təmassız












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.