Belarusun iki şəhərində Lukaşenkoya dəstək mitinqləri keçirildi

19-08-2020, 10:39           
Belarusun iki şəhərində Lukaşenkoya dəstək mitinqləri keçirildi
Aleksandr Lukaşenkoya dəstək mitinqləri avqustun 18-də Moqilev və Qomeldə keçirilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Jurnalistlərin hesablamalarına görə, mitinqlərə 10 minədək insan toplaşıb.



Moqilevdə hazırkı iqtidarın mitinqi ilə eyni vaxtda ona qarşı mitinq baş tutub. Müxalifətin mitinqi şəhər meri tərəfindən təsdiqlənib, onun yeganə istəyi mitinqi “şəhər mərkəzindən kənarda” keçirmək olub.

Qomeldə Lukaşenkoya dəstək mitinqi üçün insanlar əvvəlcədən toplaşmağa başlayıblar. Jurnalistlər görüblər ki, bölgənin hər yerindən insanları daşıyan avtobuslar görüşün keçirildiyi Lenin meydanına gəlib.

Bundan əvvəl, avqustun 16-da Minskdə Lukaşenkoya dəstək mitinqi keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru