Lukaşenko Daxili İşlər Nazirliyinə Minskdə etirazlara son qoymağı əmr edib

20-08-2020, 00:00           
Lukaşenko Daxili İşlər Nazirliyinə Minskdə etirazlara son qoymağı əmr edib
Avqustun 19-da Aleksandr Lukaşenko Daxili İşlər Nazirliyinə "ölkədə, xüsusən də Minskdə iğtişaşların qarşısını almağı" əmr edib.

"Minskdə artıq iğtişaşlar olmamalıdır. İnsanlar yorulub, insanlar sülh və sakitlik tələb edir" - deyə, Belta dövlət agentliyi Təhlükəsizlik Şurasının növbəti iclasından sonra şöbələrə verilən təlimatlardan sitat gətirir.

"Baxın, sakit bir ölkədə yaşamağa öyrəşmiş xeyli insan var. Və bu sakit ölkəni onlara qaytarmalıyıq" deyə, Lukaşenko bildirib.

O həmçinin Daxili İşlər Nazirliyindən işçilərin kollektivlərini "böhtan və küçə təhdidlərindən" qorumağı tələb edib:

"İşçi kollektivlərini qorumaq üçün - yalnız fabrik və zavodların işçiləri deyil, digər kollektivlər, media, təşkilatlar: onların ünvanına təhdidlər edilir" - deyə, o qeyd edib. Bunu deməklə Lukaşenko fabriklərin girişində işçilərlə görüşən və onlara ədalətli seçki tələb edən aksiyalara qoşulmağı təklif edən etirazçıları nəzərdə tutub.

Lukaşenko Belarus Teleradio Şirkətinin işçilərinin tətilini ayrıca şərh edib: "Əgər mediada kimsə - ONT, BT, ya da başqa yerdə tətil etmək istəyirsə, çıxıb yenidən qayıtmaq istəsə, onda belə bir şans olmamalıdır. Getdiniz, yaxşı yol.”

Belarus Dövlət Təhlükəsizlik Komitəsinə "küçə iğtişaşlarının təşkilatçılarının hərəkətlərini müəyyənləşdirmək və yatırtmaq, Belarusda iğtişaşları maliyyələşdirmə kanallarını aşkarlamaq" tapşırılıb. "Maksimum işi yerinə yetirin" - deyə, Lukaşenko açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.