Günəş sistemi yaxınlığında xeyli sayda “qəhvəyi cırtdan” aşkarlanıb

19-08-2020, 22:04           
Günəş sistemi yaxınlığında xeyli sayda “qəhvəyi cırtdan” aşkarlanıb
“Backyard Worlds: Planet 9” adlı həvəskar astronomiya layihəsində iştirak edən könüllülər tərəfindən Günəş sistemi həndəvərində 100-dək “qəhvəyi cırtdan” deyilən planetdən böyük, ulduzdan kiçik cisim aşkarlanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hər hansı planet sistemlərinə daxil olmayan, hər hansı ulduzun isitmədiyi sözügedən obyektlər bütövlükdə çox soyuq olsa da, bəzilərinin hərarəti Yer kürəsindəkinə nisbətən yaxındır ki, bu da orada su buludlarının olması ehtimalını ortaya çıxarır.

“Bu soyuq dünyaları kəşf etməklə biz Günəş sistemi xaricində planetlərin əmələ gəlməsini, oradakı atmosferlərin quruluşunu öyrənə bilərik. Bununla biz Günəş ətrafında bu kimi dünyaların dəqiq sayını öyrənmək imkanı qazanırıq”, – araşdırmanın həmmüəlifi Aaron Maysner bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru