Aleksey Navalninin həkimi: "Onu təcili Avropaya aparmaq lazımdır"
20-08-2020, 15:21

Tomskdan Moskvaya qayıdarkən zəhərləndiyi güman edilən Rusiya müxalifətinin lideri Aleksey Navalninin vəziyyətinin ağır olduğu deyilir.Bu barədə Rusiya mətbuatı xəbər yayıb.
Məlumata görə, müxalifət lideri xəstəxanaya yerləşdirilib.
Navalnı Tomskdan Moskvaya qayıdarkən uçuş zamanı halı pisləşib. Təyyarə Omskda təcili eniş edib və onda toksik zəhərlənmə qeydə alınıb.
Navalninin çayına zəhər qatıldığı güman edilir.
Həkimlər deyirlər ki, toksin qaynar maye vasitəsilə sürətlə bədəninə hopub.
Hazırda onun komada olduğu bildirilir və ağciyərlərin süni ventilyasiyası cihazına qoşulub.
Aleksey Navalninin həkimi terapevt, kardioloq Yaroslav Aşixminin də durumla bağlı açıqlama verib.
Navalni 2013-cü ildən onun müşahidəsi altında müalicə alır.
Yaroslav Aşixminin sözlərinə görə, Navalnini Avropaya aparmaq lazımdır.

Həkim deyib ki, onlar öz kanalları vasitəsilə Hannover və Strasburq hospitalları ilə danışıqlar aparırlar.
"Koronovirus bu vəziyyəti çətinləşdirsə də, onun Hannpverə köçürülməsi mümkündür", - həkim deyib.
Onun sözlərinə görə, yerli xəstəxanalar onun vəziyyətini stabilləşdirə və həyata qaytara bilər, lakin zəhərlənmənin hansı toksit maddədən olduğunu müəyyənləşdirə bilməzlər.(arqument.az)