Almaniya Navalnıya köməyə hazırdır - Kansler

21-08-2020, 00:09           
Almaniya Navalnıya köməyə hazırdır - Kansler
Almaniya Aleksey Navalnının ətrafındakı vəziyyəti aydınlaşdırmağı zəruri sayır, lakin ona tibbi yardım göstərməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Fransa prezidenti Emmanuel Makronla danışıqlardan sonra söyləyib.

“Fransa ilə yanaşı biz də xəstəxanalarda tibbi yardım göstərməyə hazırıq. Bu vəziyyətin necə baş verdiyi təcili olaraq aydınlaşdırılmalıdır. Bununla israr edəcəyik”,- o deyib.

Qeyd edək ki Aleksey Navalnı hal-hazırda komadadır və ciyərləri süni havalandırma cihazına bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru