Trampdan keçmiş müşavirinin həbsinə reaksiya:"Çox pis oldum"

21-08-2020, 07:58           
Trampdan keçmiş müşavirinin həbsinə reaksiya:"Çox pis oldum"
ABŞ Prezidenti Donald Tramp keçmiş müşaviri Steve Bannonun həbsinə münasibət bildirib.

“Reuters”in verdiyi xəbərə görə, Tramp bu xəbərdən çox pis olduğunu deyib.

ABŞ Prezidenti əlavə edib ki, onun maliyyə toplayan bu donor təşkilatdan heç bir xəbəri olmayıb.

Qeyd edək ki, Donald Trampın sabiq müşaviri Steve Bannon dələduzluqda ittiham olunaraq həbs olunub. Bannon və onun 3 şəriki ABŞ-Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə “Biz Divar Tikirik” kampaniyası başladaraq donorlardan 25 milyon dollardan çox pul toplayıb/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru