Avropada “ikinci dalğa əndişəsi - Yoluxma sayı sürətlə artır
21-08-2020, 10:32
İtaliyada son sutka ərzində 845 nəfərə COVID-19 diaqnozu qoyulub.
Yenisabah.az xəbər verir ki, bu, may ayından bəri müşahidə edilən ən yüksək rəqəmdir.
Bu səbəblə Avropada koronavirus pandemiyasının ikinci dalğasıyla bağlı narahatlıq artır.
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, İtaliyada bugünədək 256 min 118 nəfər virusa yoluxub. Ölənlərin sayı isə 6 nəfər artaraq 35 min 418 nəfərə çatıb.