Lukaşenkonun məşuqəsi adlandırılan gözəl döyülənlərə baş çəkdi, üzr istədi

21-08-2020, 14:05           
Lukaşenkonun məşuqəsi adlandırılan gözəl döyülənlərə baş çəkdi, üzr istədi
Keçmiş "Miss Belarus" Maria Vasileviç Aleksandr Lukaşenkoya qarşı etiraz nümayişlərini dağıdan Belarus təhlükəsizlik qüvvələrinin vəhşiliklərinin qurbanlarını ziyarət edib. Hazırda Milli Məclisin üzvü olan qız bundan əvvəl qan tökülməsinə qarşı çağırış etmişdi.

"Naşa Niva" xəbər verir ki, keçmiş gözəllik kraliçası "Etirazlar zamanı zərər çəkmiş insanlarla danışmaq istədik, görək hansı xəsarətlər var, nə kömək lazımdır”, - deyib. Millət vəkili Minsk xəstəxanasının həkimləri ilə də söhbət edib. Vasilyeviçin sözlərinə görə, müharibə getmədiyi vaxtda belarusların küçədə belə xəsarət aldıqlarını başa düşmək çətindir: "Ancaq bunu qəbul etməliyik və hər şey etməliyik ki, bu, bir daha təkrar olunmasın".

O, hakimiyyətin nümayəndəsi olaraq zərərçəkənlərdən üzr istədiyini qeyd edib – baxmayaraq ki, bəlkə də onun buna səlahiyyəti yoxdur: "Mənim belə bir hüququm olub-olmadığını bilmirəm, amma insan olduğum üçün çox təəssüf edirəm", - sosial şəbəkələrdə Lukaşenkonun kiçik oğlu, 15 yaşlı Kolyanın nişanlısı, bəzən də 65 yaşlı liderin özünü "məşuqəsi" kimi qələmə verilən 23 yaşlı qız deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru