Artıq özünümüdafiə üçün "Kalaşnikov"un "körpə"sindən istifadə etmək mümkün olacaq

21-08-2020, 20:44           
Artıq özünümüdafiə üçün "Kalaşnikov"un "körpə"sindən istifadə etmək mümkün olacaq
"Malış" avtomatının kalibri 5,45 və 9 mm olacaq. O, ümumqoşun avtomatından təxminən bir kiloqram yüngüldür.

"Kalaşnikov" konserninin özünümüdafiə üçün kiçik ölçülü "Malış" avtomatlarının ilkin sınaqları başa çatıb və dövlət sınaqları üçün hazırlıq gedir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə -yə müsahibəsində konsernin Baş direktoru Dmitri Tarasov bildirib.

"Hazırda ilkin sınaqlar mərhələsi başa çatıb və dövlət sınaqlarının keçirilməsi üçün təcrübə nümunələrin hazırlanması gedir", - Tarasov bildirib.

Bir müddət əvvəl "Kalaşnikov" konserninin baş konstruktoru Sergey Urjumtsev RİA Novosti-yə müsahibəsində deyib ki, konsern "Malış" layihəsi çərçivəsində özünümüdafiə üçün kiçik həcmli avtomatlar hazırlayır. Onun sözlərinə görə, bu avtomatların kalibri 5,45 və 9 mm olacaq. "Malış" ümumqoşun avtomatından təxminən bir kiloqram yüngüldür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.