Omskda Navalnı üzərində "dava" qızışır: “Alman həkimlər “aparaq” deyir, ruslar buraxmır – SƏBƏB NƏDİR?

21-08-2020, 20:52           
Omskda Navalnı üzərində "dava" qızışır: “Alman həkimlər “aparaq” deyir, ruslar buraxmır – SƏBƏB NƏDİR?
Siyasətçi Aleksey Navalnını Omsk xəstəxanasının reanimasiya şöbəsində müayinə edən Almaniyadan gələn həkimlər onun nəql edilə biləcəyinə inanırlar. Onların fikrincə, təyyarələrinin avadanlıqları onu təhlükəsiz şəkildə Berlinə aparmağa imkan verir.

KONKRET.az xəbər verir ki, bu barədə “Twitter”də Navalnının mətbuat katibi Kira Yarmış məlumat yayıb. Ancaq o, bu informasiyanı haradan aldığını açıqlamayıb.

1 saylı təcili tibbi yardım xəstəxanasının baş həkimi Aleksandr Muraxovski Almaniyadan gələn mütəxəssislərin qatıldığı həkimlər şurasının Navalnının “vəziyyəti sabitləşənə qədər” Omsk xəstəxanasında müalicə olunacağına qərar verdiyini söyləyib.

Meduza xəbər verir ki, Muraxovski həkimlərin Navalnının təyyarə ilə uçarkən vəziyyətinin pisləşə biləcəyinə inandığını əlavə edib.

Navalnının tərəfdaşları hesab edirlər ki, rus həkimlər onun hansı toksinlə zəhərləndiyini ört-basdır etmək üçün daşınmasına icazə vermirlər. Ancaq həkimlər siyasətçinin zəhərlənmədiyini və xəstəliyini maddələr mübadiləsinin pozğunluğu ilə izah etdiklərini bildirirlər.

Siyasətçinin həyat yoldaşı Yuliya Navalnaya Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət edərək, həyat yoldaşının Almaniyaya müalicəsi üçün daşınmasına icazə verilməsini istəyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.