Rusiyalı həkimlər Navalnının Almaniyaya aparılmasına icazə verdilər: “Ancaq nə olsa, bizlik deyil!”

21-08-2020, 20:55           
Rusiyalı həkimlər Navalnının Almaniyaya aparılmasına icazə verdilər: “Ancaq nə olsa, bizlik deyil!”
Omsk həkimlərinə Aleksey Navalnının xaricdə müalicə üçün daşınmasına icazə verilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi 1 nömrəli Omsk təcili xəstəxanasının baş həkimin müavini Anatoli Kaliniçenkoya istinadən yayıb.

“Alman briqadası Navalnının daşınacağını düşünürdü, amma o vaxt biz birlikdə hesab etdik ki, bu, məsələ üzərində dayanmaq hələ tezdir. Qohumları isə nəql üçün xahiş etdilər və riski öz üzərlərinə götürdülər, biz də etiraz etmədik” deyib.

Gorod55 nəşrinə görə, Navalnı bir neçə saat ərzində Omskı tərk edəcək.

Avqustun 21-də səhər saatlarında Omsk həkimləri Navalnının vəziyyətinin qeyri-sabit olduğuna görə daşınmasına icazə verməyiblər. Almaniyanın Berlindəki Şarite klinikası Navalnını qəbul etməyə hazırdır.

Təyyarə “Cinema for Peace Foundation” tərəfindən göndərilib. Bu təyyarə 2018-ci ildə “Pussy Riot”un iştirakçısı Pyotr Verzilovu da həmin klinikaya aparmışdı.

Avqustun 20-də Tomskdan Moskvaya uçan təyyarədə Navalnı xəstələnib. Layner təcili olaraq Omskda eniş edib və komada olan siyasətçi xəstəxanaya aparılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.