ABŞ İranın vəzifəli şəxslərinə qarşı viza məhdudiyyəti tətbiq edib –Maykl Pompeo

22-08-2020, 00:02           
ABŞ İranın vəzifəli şəxslərinə qarşı viza məhdudiyyəti tətbiq edib –Maykl Pompeo
ABŞ Dövlət Departamenti 14 İran vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq edib.

Bu barədə dövlət katibi Maykl Pompeo tərəfindən verilən bəyanatda qeyd olunub. Belə ki, onlar “dünyada terrorun sponsoru dövlətlərinin lideri olan İran rejimi adından” insan hüquqlarının kobud pozulmasında” iştirak edib.

Sözügedən tədbir onların ailə üzvlərinə də şamil olunur.

Həmin şəxslərdən 13-ü 1990-cu illərdə İsveçrə ərazisində həyata keçirilmiş sui-qəsdlərdə diplomat vəzifələrində ikən iştirak etdikləri də qeyd olunur.

Biri isə Tehrandakı siyasi məhbusların saxlandığına görə “bədnam” olan “Evin” həbsxanasının direktoru ayətullah Xudayi Souridir. (report)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.