Aİ Rusiyanı Navalnını Avropaya müalicəyə göndərməyə çağırıb

22-08-2020, 00:06           
Aİ Rusiyanı Navalnını Avropaya müalicəyə göndərməyə çağırıb
“Aleksey Navalnının səhhəti bizi çox narahat edir. Rusiya hakimiyyətini Avropa İttifaqında onu müalicə almağa icazə verməyə çağırırıq. Şəffaf və hərtərəfli araşdırma gözləyirik”.

TASS xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Nabilla Massrali bildirib.

Xatırladaq ki, ötən gün rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib. İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komanda olduğu bildirilir. Yerli həkimlərin onun zəhərləndiyi iddiasını rədd edirlər. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru