Çindən İsrailə sirli bağlamalar gəlib çıxdı...

23-08-2020, 00:00           
Çindən İsrailə sirli bağlamalar gəlib çıxdı...
Dünyanın bir çox ölkəsində qəribə bir fenomen qeydə alınıb: Çindən poçtla içərisində sirli toxumlar olan bağlamalar gəlir. Bu fenomen İsraildən yan keçməyib.

Moderator.az bu haqda "The Jerusalem Post " nəşrinə istinadla xəbər verir. Məlumata görə, 22 avqust - şənbə günü İsrailin Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi xəbərdarlıqla çıxış edib..

Xəbərdarlıqda əvvəlcədən icazəsi olmadan toxum və ya digər kənd təsərrüfatı məhsullarının idxalının qanunla qadağan edildiyin və bunun yerli ətrafa təhlükə yarada biləcəyi vurğulanıb. Üstəlik, bu cür bağlamalar xəstəlik daşıyıcısı ola bilər.

Avqust ayının əvvəlindən etibarən ABŞ, Kanada, Yeni Zelandiya, İngiltərə və Portuqaliya sakinləri Çindən poçtla şübhəli paketlər albılar. Kiçik şəffaf paketlərdə insanlar naməlum bitkilərin qara və ya ağ toxumlarını aşkar ediblər. Bağlamaların içərisində "oyuncaqlar" və ya "zinət əşyaları" olduğu, eləcə də alıcının dəqiq ünvanını və adı göstərilib. Bu toxumların mənşəyi bu günə qədər müəyyən edilməyib. Paketlərdə kələm, xardal, nanə və digər bitkilərin toxumları olduğu ehtimal olunur. Ancaq hələlik rəsmi təsdiq yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.