Lukaşenko orduya əmr verdi: Müharibəyə hazır olun

23-08-2020, 00:00           
Lukaşenko orduya əmr verdi:
NATO Belarus sərhədinə qoşun toplayıb.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib ki, Belarus ordusuna müharibəyə hazır olmaq əmrini verib:

“Qərb siyasətçilərinin ağzından çıxan təhdidləri çox yaxşı duya bilirik. Hamısı eyni fit çalmağa və maliyyə ayırdıqlarını açıqlamağa başlayıblarsa, bu, boşuna deyil.

NATO-nun F-16 qırıcıları ölkəyə 15-20 dəqiqəlik uçuş məsafəsində yerləşir:

Bunu ötən il təlim keçdiklərində də gördük. Amma koronavirus onları az da olsa, dayandırdı. Daxildə iğtişaşlar başlayanda fəal hərəkətə keçdilər. Bütün ordu səfərbər edilib, bunu görürük və başa düşürük. Bu səbəbdən orduya müharibəyə tam hazır olmağı əmr etdim”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru