Trampın seçki qərargahı rekord qırdı: 1 milyardı ötdü

23-08-2020, 00:05           
Trampın seçki qərargahı rekord qırdı: 1 milyardı ötdü
ABŞ Prezidenti Donald Trampın seçki qərargahı, Respublikaçılar Partiyası və digər iki əlaqəli komitə 2017-ci ildən bəri hazırkı dövlət başçısının yenidən seçilmə kampaniyasına 1 milyard dollardan çox pul xərcləyib. Bu da prezident yarışılarında rekord məbləğdir.

Axar.az xəbər verir ki, bu barədə “Vaşınqton Post” qəzetindəki müvafiq maliyyə hesabatlarını təhlil edən məqalədə bildirilib.

Qeyd olunub ki, Tramp 2017-ci ildə vəzifəyə gəldikdən sonra yenidən seçki kampaniyası üçün vəsait toplamağa və xərcləməyə başlayib.

Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin avqustuna qədər seçkilərə bir neçə ay qalmış ABŞ-ın 44-cü prezidenti Barak Obamanın qərargahı və Demokratik Partiyanın Milli Komitəsi (NKDP) yenidən seçki kampaniyasına 643 milyon dollar xərcləyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrın 3-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru