Reper Kanye Uest ABŞ-da prezident seçkilərinə namizədliyini irəli sürüb

23-08-2020, 08:13           
Reper Kanye Uest ABŞ-da prezident seçkilərinə namizədliyini irəli sürüb
Amerikalı reper Kanye Uest Luiziana ştatında ABŞ-da prezident seçkilərində iştirak etmək üçün müraciət edib.

APA xəbər verir ki, bu barədə yerli xəbər portalı “Nola” məlumat yayıb.

Qeyd olunur ki, bir çox ştatdan fərqli olaraq Luizianada müstəqil namizədlərin bülletenə öz adlarını yazdırması üçün minlərlə imza toplanmasına ehtiyac yoxdur. Bunun əvəzinə, namizəd yalnız 500 dollarlıq qeydiyyat haqqı ödəməlidir.

Məlumata görə, hip-hop ulduzu ilə yanaşı Luizianadan daha 10 müstəqil namizəd ABŞ-da prezident seçkilərində iştirak etmək üçün müraciət edib.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-nə təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru