Trampdan sensasiyalı açıqlama : "ABŞ-da "dərin dövlət" koronavirusun peyvəndinin hazırlanmasına imkan vermir"

23-08-2020, 08:29           
Trampdan sensasiyalı açıqlama : "ABŞ-da "dərin dövlət" koronavirusun peyvəndinin hazırlanmasına imkan vermir"
ABŞ prezidenti Donald Tramp "dərin dövlət" üçün işləyən bəzi şəxslərin koronavirus peyvəndi çalışmalarına mane olduqlarını iddia edib.

Avropa.info xəbər verir ki, Tramp ABŞ Qida və Dərman idarəsində "dərin dövlət"ə işləyən bəzi şəxslərin olduğunu və həmin adamların koronavirus peyvəndi çalışmalarına mane olduqlarını deyib.
ABŞ prezidentinin "dərin dövlət" deyərkən kimləri və ya nəyi nəzərdə tutduğu ölkədə müzakirəyə səbəb olub. Birləşmiş Ştatlar mediası Trampın sözlərinin "təməlsiz" olduğunu yazıb.

ABŞ-da koronavirusdan ölənlərin sayı 180 minə yaxınlaşarkən, virusa yoluxanların sayı isə 5 milyon 800 mini keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru