Şoyqu Tonoyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdi

23-08-2020, 19:44           
Şoyqu Tonoyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdi
Rusiya və Ermənistanın müdafiə nazirləri - Sergey Şoyqu və David Tonoyan bazar günü Moskvada görüş zamanı Ermənistan-Azərbaycan sərhədində, həmçinin Dağlıq Qarabağda qoşunların təmas xəttində vəziyyəti müzakirə ediblər.

Virtualaz.org-un məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "Görüş zamanı Ermənistan müdafiə naziri rusiyalı həmkarına iyulda baş vermiş hərbi əməliyyatlardan sonra regiondakı mövcud vəziyyət, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində və Dağlıq Qarabağda atəşkəs xəttindəki əməliyyat şəraiti ilə bağlı məlumat təqdim edib".

Tərəflər həmçinin ikitərəfli hərbi əməkdaşlıq məsələlərini və regional problemləri müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru