Etirazçılardan qorxan Lukaşenko vertolyotdan əlində avtomatla düşdü – VİDEO

23-08-2020, 22:16           
Etirazçılardan qorxan Lukaşenko vertolyotdan əlində avtomatla düşdü – VİDEO
Minskdə Müstəqillik sarayının ərazisində Belarus prezidenti Aleksandr Lukaşenkonun vertolyotu eniş edib. Dövlət başçısı nəqliyyat vasitəsindən bronjiletdə və əlində avtomatla çıxıb.

Həmin anın videosunu Belarus liderinin Mətbuat Xidmətinə yaxın olan “Pul pervoqo” teleqram kanalı yayımlayıb.

Kadrlardan görünür ki, avtomatın maqazini yoxdur.

Qeyd edək ki, Minskdə çoxminlik etiraz aksiyaları keçirilir, onların iştirakçıları avqustun 9-da keçirilən prezident seçkilərində səslərin yenidən hesablanmasını, həmçinin yeni səsvermənin keçirilməsini tələb edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru