İsrailin Repatriasiya və İnteqrasiya Naziri koronavirusa yoluxub

24-08-2020, 08:06           
İsrailin Repatriasiya və İnteqrasiya Naziri koronavirusa yoluxub
İsrailin Repatriasiya və İnteqrasiya Nazirliyinin rəhbəri Pnina Tamano-Shata koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə "Maariv" qəzeti bildirib.

Məlumata əsasən, nazir İsrail parlamentinin təhlükəsizliyinə cavabdeh olan şöbəni koronavirus infeksiyası üçün testlərin nəticələri barədə məlumatlandırıb.

Həmin gün millət vəkili Mika Levi bu yaxınlarda nazirlə təmasda olan "Kahol-Lavan" partiyasından iki millət vəkilindən Knessetin maliyyə komitəsinin iclasını tərk etməsini xahiş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru