Navalnini Berlinə aparan şəxs: “O yaşayacaq, ancaq bir neçə ay siyasətlə məşğul ola bilməyəcək”

24-08-2020, 08:20           
Navalnini Berlinə aparan şəxs: “O yaşayacaq, ancaq bir neçə ay siyasətlə məşğul ola bilməyəcək”
“Navalni yaşayacaq, ancaq bir neçə ay siyasətlə məşğul ola bilməyəcək”.

Bu sözləri “Bild” nəşrinə açıqlamasında məşhur film prodüseri, “Cinema for Peace” təşkilatının yaradıcısı, hüquq müdafiəçisi Yak Bizil deyib.

Rusiya müxalifətinin lideri Aleksey Navalninin Omskdan Berlinə aparılmasını təşkil edən Bizil onun zəhərləndiyini qeyd edib:

“Əgər o, hamımızın ümid etdiyimiz kimi bu perioddan sağlam çıxsa, heç olmasa, bir-iki ay siyasi arenada olmayacaq”, - deyə prodüser bildirib.

Bizilin sözlərinə görə, Navalninin Omskdan Berlinə aparılması yaxşı nəticə verib, amma ümumi vəziyyət hələ də narahatlıq yaratmağa əsas verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru