İrandakı gizli partlayışın səbəbi bəlli olub

24-08-2020, 08:25           
İrandakı gizli partlayışın səbəbi bəlli olub
İran Atom Enerjisi Agentliyi Natanz Nüvə Zavodundakı partlayışın təxribat olduğunu təsdiqləyib.

REAL "CNN Türk"ə istinadən məlumat verir ki, bu barədə Agentliyin sözçüsü Behruz Kamalvendi məlumat verib.

Qeyd edək ki, iyulun 2-də İranın İsfahan şəhərindəki Natanz nüvə stansiyasında baş verən partlayış səbəbiylə obyektin açıq ərazisindəki polad konstruksiya zədələnmişdi. Lakin rəsmilər nüvə fəaliyyətinə ara verilmədiyi bildirmişdilər.

İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kemalvendi yerli televiziya kanalına müsahibəsində Natanz Nüvə Zavodundakı partlayışın təxribat olduğunu bildirdi və ilkin araşdırmaların partlayışın təxribat nəticəsində baş verdiyini söyləyib.

Nüvə obyektindəki partlayışın nə üçün baş verdiyi və təxribatın kim tərəfindən həyata keçirildiyi barədə məlumat verməyən Kemalvendi, təxribatın təfərrüatlarını lazımi anda təhlükəsizlik mənbələri tərəfindən paylaşılacağını bildirdi.

Xatırladaqki, partlayışla bağlı ilk açıqlamalarında İran rəsmiləri hadisənin necə baş verdiyini bildiklərini, lakin təhlükəsizlik ilə əlaqədar olaraq daha sonra bir bəyanat veriləcəyini bildirmişdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.