Belarus Rusiyaya daxil olsun, Batya isə...-Jirinovski belorusları və Lukaşenkonu belə təhqir etdi

24-08-2020, 09:41           
Belarus Rusiyaya daxil olsun, Batya isə...-Jirinovski belorusları və Lukaşenkonu belə təhqir etdi
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski sosial şəbəkə səhifəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bağlı ilginc təklifini paylaşıb.

Axar.az xəbər verir ki, Jirinovski bunları yazıb:

“Lukaşenko üçün ssenari: Belarus 6 bölgə olaraq Rusiyanın tərkibinə daxil olur, Lukaşenko Rusiya Kənd Təsərrüfatı naziri təyin edilir.

Əks halda, Lukaşenkonu Pinoçetin taleyi gözləyir. İki şər arasında seçim etmək məcburiyyətində qalırıq. Belaruslar Lukaşenkodan bezib. Lakin qərbyönümlü müxalif daha betərdir. Artıq ingiliscə danışıb, AB bayraqları dalğalandırırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru