“Paşayevsiz alınmır” - Rus aktyor yenidən azərbaycanlını özünə vəkil tutdu

24-08-2020, 18:10           
“Paşayevsiz alınmır” - Rus aktyor yenidən azərbaycanlını özünə vəkil tutdu
Rusiyalı aktyor Mixail Yefremov azərbaycanlı vəkil Elman Paşayevlə müdafiə müqaviləsini yenidən müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Paşayevin özü məlumat verib.
Daha əvvəl bildirilirdi ki, Yefremov Paşayevin xidmətindən imtina etmək qərarına gəlib. Aktyorun fərqli bir müdafiəçinin lehinə bir seçim edəcəyi gözlənilirdi, məşhur hüquqşünasların adları çəkilirdi, amma nəsə onun fikrini dəyişdirməyə məcbur edib.
“Biz elə indicə bir razılaşma əldə etdik”. Bunu Paşayev deyib.
Yefremovla bağlı açılan cinayət işi 8 iyun tarixində Moskvanın mərkəzindəki Sadovıy dairəsində baş verən qəzaya aiddir.
Müstəntiqlərin bildirdiyinə görə, aktyor “Jeep Grand Cheroke” ilə qarşıdan gələn zolağa çıxıb və “Lada” ilə toqquşub.
Avtomobilin sürücüsü, onlayn mağazanın kuryeri Sergey Zaxarov daha sonra xəstəxanada dünyasını dəyişib. Qəza zamanı aktyor avtomobili sərxoş vəziyyətdə idarə edib.
Yefremov ev həbsindədir. Onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir. Əvvəlcə o, qəzaya görə məsuliyyət daşıdığını etiraf edib, lakin sonra müdafiə taktikasını dəyişdirib və günahını etiraf etməmək qərarına gəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.