Navalnının zəhərləndiyi təsdiqləndi

24-08-2020, 20:13           
Navalnının zəhərləndiyi təsdiqləndi
Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi iddiası təsdiqini tapıb. Almaniyanın “Charite” klinikasının həkimləri bu qənaətə gəliblər.

Bizimyol.info xəbər verir ki, diaqnostika Navalnının ingibitor xolinesteraz qrupundan olan maddə ilə zəhərləndiyini üzə çıxarıb. Müxalifət lideri hələ də komadadır. Amma onun həyatına təhlükə sovuşub.

Həkimlər bədbin deyillər. Yəni Navalnının vəziyyəti belə uzun müddət də qala bilər. Xüsusilə sinir sistemi ilə bağlı qeyri-müəyyənlik var.

“Charite” jurnalist-blogerin həyat yoldaşı Yuliya Navalnı ilə həmişə əlaqə saxlayır. Məhz onun icazəsi ilə müxalifətçinin vəziyyəti ilə bağlı məlumatlar ictimailəşdirilir.

Navalnı avqustun 20-də zəhərlənmişdi. Tomskdan Moskvaya uçan müxalifət liderinin halı təyyarədə pisləşmişdi. Təyyarə Omskda məcburi eniş etməli olmuşdu. Omsk həkimləri əvvəlcə onu Almaniyaya buraxmaq istəmirdi. Amma sonradan onları yola gətirmək mümkün oldu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru