Tik Tok ABŞ rəhbərliyini məhkəməyə verdi

25-08-2020, 06:50           
Tik Tok ABŞ rəhbərliyini məhkəməyə verdi
"TikTok"-un yaradıcısı Çin şirkəti "Bytedance" bazar ertəsi ABŞ prezident administrasiyasını məhkəməyə verib.

Şirkət açıqlamasında sahibkarların məhkəmədə öz maraqlarını müdafiə etmək niyyətində olduqlarını bildirib.

"Bytedance" şirkənin sahibləri ABŞ rəhbərliyi ilə əlaqə yaratmağa çalışıb, məsələnin həlli üçün müxtəlif variantlar təklif edib, lakin ABŞ bütün qanuni prosedurlara məhəl qoymayıb və ticarət danışıqlarına müdaxilə etməyə çalışıb.

Qeyd edək ki, Donald Trampın göstərişinə görə, "ByteDance" şirkəti ilə edilən hər hansı bir əməliyyata xitam verməsi üçün 45 gün vaxt verilir. ABŞ hakimiyyəti "TikTok" xidmətini istifadəçi məlumatlarını ÇXR orqanlarına ötürməkdə ittiham edir.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru