"Pandemiyaya görə 120 milyon insan işsiz qala bilər"- Antonio Quterreş

25-08-2020, 10:06           
"Pandemiyaya görə 120 milyon insan işsiz qala bilər"- Antonio Quterreş
Dünyada turizm sektorunda çalışan 120 milyon insan COVİD-19 pandemiyası və onunla əlaqəli tətbiq edilən məhdudiyyətlərə görə işsiz qala bilər. Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş deyib.

"Yer üzündə hər 10 nəfərdən biri turizm sektorunda çalışır və bu sahə yüz milyonlarla insanın dolanışığını təmin edir", - Quterreş bildirib.

Baş katib əlavə edib ki, pandemiya turizm sənayesini iflasa uğradır. Onun sözlərinə görə, işçilərinin böyük bir hissəsi qadınlardan və gənclərdən ibarət olan mikro, kiçik və orta müəssisələr xüsusilə risk altındadır.

BMT-nin məlumatına görə, turistlərin sayı 2020-ci ildə 58% -dən 78% -ə qədər azala bilər. Bu isə ziyarətçi xərclərinin 2019-cu illə müqayisədə 1,5 trilyon dollardan 310-570 milyard dollara qədər azalmasına səbəb olacaq.
Azvision.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.