Berlində soyğunçular bir saat ərzində iki bankı soydular

25-08-2020, 17:11           
Berlində soyğunçular bir saat ərzində iki bankı soydular
Avqustun 25-də Berlində bir saat ərzində müxtəlif banklara iki hücum qeydə alınıb, hər iki halda quldurlar qaçıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bild nəşri yazıb.

Bankların qarət olunması üçün cəhdlərin Schöneberg və Charlottenburg rayonlarında baş verdiyi deyilir.

Heç kəs zərər görməyib. Neçə quldurun olduğu haqda polis hələ də məlumat verməyib.

Polis iki hücum arasında bir əlaqənin olub-olmadığını yoxlayır.

Xidmət nümayəndəsi jurnalistlərə Commerzbankın filiallarının zərər gördüyünü bildirib.

Mediada yayılan məlumatlara görə, silahlı şəxs səhər saat 9-dan 9.15-dək Schönebergdəki banka girib pul tələb edib, sonra qaçıb.

Onun pul ələ keçirib-keçirmədiyi məlum deyil. İkinci hücum təxminən yarım saat sonra baş verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.