Talibanın qurucularından Abdul Qani Pakistan XİN başçısı ilə görüşüb

26-08-2020, 08:46           
Talibanın qurucularından Abdul Qani Pakistan XİN başçısı ilə görüşüb
Talibanın qurucularından biri olan Molla Abdul Qani Bəradərin başçılıq etdiyi Taliban nümayəndə heyəti İslamabadda Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb.

REAL xəbər verir ki, Pakistan və Taliban ABŞ-ın keçən ay dayandırdığı Əfqanıstandakı sülh danışıqları prosesinin ən qısa müddətdə yenidən başlaması mövzusuna yenidən baxıblar.

Tərəflər Əfqanıstandakı təhlükəsizlik vəziyyəti və sülh prosesindəki inkişafları, həmçinin iki qonşu ölkə arasında insanların hərəkəti və ticarətinin rahatlaşdırılması kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Bu barədə "Taliban" siyasi idarəsinin sözçüsü Suhail Şahin "Twitter"də yazıb. Pakistanın Xarici İşlər Naziri Şah Mahmud Qureyşi bundan əvvəl, Taliban heyəti ilə görüşəcəyini təsdiqləyərək, İslamabadın vasitəçi rol oyanadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru