Erməni politoloq: “Hərbi əməliyyatların yenidən başlaması ehtimalı aşağıdır”

26-08-2020, 10:28           
Erməni politoloq: “Hərbi əməliyyatların yenidən başlaması ehtimalı aşağıdır”
“Son on ildə ictimai və ekspert-siyasi dairələrdə müharibə ehtimalının olduğu və ya hərbi əməliyyatların yenidən başlayacağı barədə danışılmayan bir il xatırlamıram”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Orbeli” mərkəzinin eksperti, erməni politoloq Karen Veranyan deyib.

Veranyan qeyd edib ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın mətbuat konfransında səslənmiş “müharibə təhlükəsi böyükdür” ifadəsi ilə o qədər də razı deyil.

“Hərbi əməliyyatların yenidən başlaması ehtimalı Tavuş hadisələrinə qədərki ehtimaldan daha aşağıdır”, - deyə erməni politoloq vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.