ABŞ donanmasının ən yeni döyüş gəmisinin qəbul sınaqları tamamlanıb

26-08-2020, 10:32           
ABŞ donanmasının ən yeni döyüş gəmisinin qəbul sınaqları tamamlanıb
ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni döyüş gəmisi Miçiqan gölündə qəbul sınaqlarını tamamlayıb. Ordu.az xəbər verir ki, bu barədə ABŞ donanmasının mətbuat xidməti məlumat yayıb.

“LCS 21” olaraq təyin edilən döyüş gəmisi “Lockheed Martin” şirkətinin “Fincantieri Marinette” Dəniz Gəmiqayırma Müəssisəsi tərəfindən hazırlanıb.

Sınaqlar zamanı döyüş gəmisinin manevr qabiliyyəti, döyüş sistemləri yoxlanılıb.

Gəmi üzərində Hərbi Dəniz Qüvvələrinə təhvil verilməzdən əvvəl son hazırlıq işləri aparılacaq.

Döyüş gəmisinin 2021-ci ilin əvvəlində ABŞ donanmasına təhvil verilməsi planlaşdırılır. Ordu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru