Tez -tez yoxa çıxan diktator: Bu dəfə iclasda tapıldı

26-08-2020, 23:53           
Tez -tez yoxa çıxan diktator: Bu dəfə iclasda tapıldı
Şimali Koreyanın son aylar tez-tez yoxa çıxan və tapılan lideri Kim Çen In bu dəfə də üzə çıxıb.

Onun yoxa çıxması barədə təkrar xəbər yayıldıqdan iki gün sonra Kim Çen Əmək Partiyasını iclasa toplayıb. İclasda koronavirusla mübarizə tədbirləri müzakirə olunub və rəsmi mətbuat iclasdan çəkilən fotoları yayıb.

Səlahiyyətlərinin bir hissəsini 33 yaşlı bacısı Kim E Çjona verdikdən sonra liderin səhhəti ilə bağlı xəbərlərin müzakirəsi intensivləşib. Bəzi məlumatlara görə, Kim Çenin səhhətində problemlər var və buna görə də hakimiyyət tədricən ötürülür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.