Bu şəhərdə hicab geyinmədiyi üçün qadınların üzünə kislota atırlar- DƏHŞƏTLİ KADR

27-08-2020, 12:48           
Bu şəhərdə hicab geyinmədiyi üçün qadınların üzünə kislota atırlar- DƏHŞƏTLİ KADR
Sosial şəbəkədə üzünə kislota atılaraq gözəlliyi məhv edilən qadının görünüşü müzakirələrə səbəb olub və görənləri təəssüfləndirib.

Sonxeber.az yayılan məlumatlara istinadən xəbər verir ki, Mərziyə adlı xanım altı il qabaq İsfahanda maşın sürərkən motosikletdə olan iki nəfər onun maşınına yaxınlaşır və onlardan biri Mərziyənin üzünə turşu ("kislota") atıb və uzaqlaşıblar.

Küçə kameralarla təchiz olunmuş olsa da, polis onları tapa bilməyib. Qeyd edilir ki, həmin ildə İsfahanda bir neçə oxşar hadisələr də baş verib və cinayətkarlar heç vaxt tapılmayıb.
Bütün bu hadisələrdə zərərçəkən qadınlar örtülü geyim (hicab) geyinməyən qadınlar idi. Əksər iranlılar düşünür ki, bu cür hadisələr daha sərbəst geyim geyinmək istəyən qadınları qorxutmaq, cəsarətdən salmaq üçün dövlət tərəfindən edilir. Dövlət isə bu iddiaları təkzib edir. Bu gün Mərziyə bu hadisələrdən hamının xəbərdar olmasını və "kislota" satışlarının qadağan olunmasını istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru