Ukraynaya məlumat ötürən Rusiya zabiti belə saxlanıldı - ANBAAN VİDEO

27-08-2020, 16:36           
Ukraynaya məlumat ötürən Rusiya zabiti belə saxlanıldı - ANBAAN VİDEO
Rusiya kəşfiyyatı, Ukraynaya strateji raketlər haqqında məlumat ötürdüyü iddiası ilə bir komandirə qarşı əməliyyat keçirib.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, əməliyyat, zabit əlindəki çantalarla irəlilədiyi vaxt FSB əməkdaşları tərəfindən həyata keçirilib.
Maskalı kəşfiyyatçılar zabiti saxlayan kimi istintaq mərkəzinə aparıblar. Komandirin ifadəsini aldıqdan sonra məhkəməyə göndəriləcəyi və komandirin hərbi casusluq ittihamı ilə 20 il həbs cəzası alacağı gözlənilir.
Qeyd edək ki, sözü gedən hərbiçinin rütbəsi baş leytenantdır. Onun Rusiyanın ən strateji və uzaq mənzilli raketlərinin sınaqdan keçirildiyi və yerləşdirildiyi bölgələrdən biri olan Barnaulda işlədiyi bildirilir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.