“Tiflis qazla siyasi oyun oynayır” - Erməni şərhçi

22-01-2016, 11:15           
“Tiflis qazla siyasi oyun oynayır” - Erməni şərhçi
Ermənistan-İran qaz kəmərinin diametri İran qazını Gürcüstana ixrac etmək üçün yetərli deyil.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında erməni ekspert Vahe Davtyan söyləyib. Onun sözlərinə görə, bu ixrac ən yaxşı halda mövsümi xarakter daşıyacaq:

“Gürcüstan hökumətinin İran qazı ilə bağlı açıqlamaları daha çox siyasi ritorika xarakteri daşıyır. Gürcüstan hökuməti bu məsələdə ciddi olsaydı, ən azı bununla bağlı tədqiqata başlayardı”.

Qeyd edək ki, Gürcüstan bir müddət əvvəl İrandan qaz almaq niyyətində olduğunu bəyan edib. İran tərəfi də bununla bağlı danışıqların aparıldığını təsdiqləyib. İlkin ehtimallara görə, İran qazı Gürcüstana Ermənistan vasitəsilə gələcək. Ölkə müxalifəti buna qarşı çıxır və bu addımın ölkəni Rusiyadan asılı vəziyyətə salacağını bildirir. Ermənistanda boru kəmərlərinə “Qazprom” şirkəti nəzarət edir.

Hazırda Ermənistan İrandan barterprinsipi əsasında 500 milyon kub metr qaz alır. Bu qazın əvəzi İrana elektrik enerjisi formasında qaytarılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.