SOS! İnsanlığın bəlası "EBOLA" qayıdır...

22-01-2016, 12:11           
SOS! İnsanlığın bəlası "EBOLA" qayıdır...
Noyabr ayında Siyerra-Leonedə Ebola virusuna son qoyulduğunun elan edilməsinə baxmayaraq, yanvarın 21-də ikinci şəxsin bu virusa yoluxduğu bildirilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumata görə, birinci yoluxma hadisəsi bir qadında keçən həftə müəyyən edilib. Qadın yanvarın 12-də vəfat edib.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü bildirib ki, qadın xəstə olduğu zaman ona qulluq edən xalasının analiz nəticələri müsbət çıxıb.

O deyib ki, qadının xalası nəzarətə götürülüb və müalicə olunur.

Ebola epidemiyası Cənubi Afrika, Liberiya və Qvineyada 11 min insanın ölümünə və 28 mininin yoluxmasına səbəb olub.
publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.