Kadırov özünə dəstək mitinqi üçün on minlərlə adamı küçələrə tökdü - Fotolar
22-01-2016, 14:41
Qroznıda Kadırov üçün kütləvi dəstək mitinqi keçirilməyə başlanıb.
Avropa.info xəbər verir ki, aksiya “Gücümüz birliyimizdədir” şüarı altında keçirilir. Mitinqin təşkilatçısı Çeçenistan Həmkarlar Şurası bəyan edib ki, 750 min nəfərlik mitinq təşkil edəcək.
Təşkilatçılar deyib ki, mitinqin əsas vəzifəsi ölkədəki vəziyyəti “pisləşdirməyə” çalışan siyasi fəallara etiraz etmək, Kadırova verilən dəstəyi nümayiş etdirməkdir. Kadırovçuların fikrinə görə, onları “satqınlar” cərgəsinə daxil etmək, “təxribatçı fəaliyyət”ə görə cəzalandırmaq lazımdır.
Xatırladaq ki, Kadırov parlamentdən kənar müxalifəti və azad mətbuatı sərt şəkildə cəzalandırmaq haqda bəyanatlar vermişdi. Bu bəyanatlar mətbuat və siyasi fəallar arasında sərt reaksiya ilə üzləşmişdi.