İranda fond birjasının qurbanları parlament qarşısında etiraza qalxdı

27-10-2020, 07:59           
İranda fond birjasının qurbanları parlament qarşısında etiraza qalxdı
İran Fond Birjasının onlarla qurbanı birjanın ucuzlaşmasına etiraz edib. Bu barədə “Anadolu” agentliyi xəbər yayır.

Onlar ölkənin ali dini lideri Əli Xameneinin “İnvestisiya üçün ən yaxşı yer maliyyə bazarındadır” sözləri yazılan pankartlar ilə ölkə Parlamentinin binası qarşısında toplaşıblar.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani 6 avqustda birjanın kəskin düşməsindən üç gün əvvəl etdiyi çıxışda cəmiyyəti birjaya investisiya qoymağa təşviq edib.

“Bazar göstəricilərinə görə önümüzdəki günlərdə birjanın vəziyyəti daha yaxşı olacaq. İnsanlar bütün varlıqlarını birjaya yatırmalıdır”, - deyə o bildirib.

Avqustun 9-da qiyməti düşən İran Fond Birjası indeksinin bu günə qədər 36 faiz dəyərini itirdiyi qeyd olunur.azpolitika/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru