Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü

26-11-2020, 17:33           
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü
Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini geri götürüb.

"Report"un yerli bürosu xəbər verir ki, qətnaməyə səs verən senatorlar Férat Françoise, Philippe Bonnecarrière, Alain Duffourg, Évelyne Perrot, Nadia Sollogoub səslərini geri götürərək bitərəf olduqlarını bildiriblər. Anne-Catherine Loisier, Hervé Maurey və Jean-Pierre Moga isə səslərini geri götürərək ümumiyyətlə səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər.

Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.

Xatırladaq ki, qətnamə layihəsi 305 səslə qəbul olunmuşdu. İndi qətnaməyə səs verən senatorların sayı 297 olub.

Qeyd edək ki, Fransa XİN Senatın Qarabağla bağlı qətnaməni pisləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru