“Müsəlmanları dənizə tökün...” – Avropada ŞOK ÇAĞIRIŞ

29-01-2016, 15:14           
“Müsəlmanları dənizə tökün...” – Avropada ŞOK ÇAĞIRIŞ
“Miqrantları dənizə tökün, qanunları tapdalayın. Boğulub, boğulmayacaqları məni maraqlandırmır”.

Publika.az xəbər verir ki, Yunanıstanın miqrantlarla iş üzrə naziri İoannis Mouzala Hollandiyada Yaxın Şərqdən və Afrika ölkələrindən Avropaya köçən müsəlman miqrantlarla bağlı keçirilən tədbirdə çıxış zamanı bildirib ki, bu şok tələbi belçikalı həmkarı Theo Françe irəli sürüb.

Tədbirin aparıcısının “yəni belçikalılar problemin həlli üçün sizdən miqrantları dənizə tökməyi istədi?” sualına yunan nazir “bəli” deyə cavab verib.

Adıçəkilən belçikalı nazir isə bunu yalan iddia adlandırıb və deyilənləri təsdiq etməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.