İranın alnına döyüş yazılan əfqanları: 2 milyon "qladiator"

30-01-2016, 00:12           

“İran ölkədəki əfqanıstanlı qaçqınları Suriyada döyüşməyə məcbur edir”.

Strateq.az-ın məlumatına görə, bunu İnsan Haqları İzləmə Təşkilatı (HRW) iddia edir. Təşkilatın hesabatına görə, ölkəyə qaçqın kimi sığınmaq istəyən əfqanlara İran uğrunda döyüşmək sözü vermələri tələb olunur. Yalnız bu tələbə boyun əyənlərə yaşayış icazəsi və bir aylıq ödəniş verilir.

Nyu-york mərkəzli HRW-in direktoru Peter Bouckaert hazırladığı hesabatı şərh edərkən bildirib ki, İran, Suriyadakı döyüşdə iştirak etmək istəməyən əfqanları ölkədən deportasiya etməklə qorxudur: “İki pis seçimlə qarşı-qarşıya qalan əfqan qaçqınlardan bəziləri İrandan qaçmağa artıq başlayıb".

Bununla belə, “İnqilab Keşikçiləri” korpusu tərəfində döyüşməklə razılaşan xeyli əfqan da var. Onlardan formalaşdırılan “Tehran Fatimi” briqadası İraqdakı şiə bölgələrini müdafiə etmək üçün hazır olduqlarını açıqlayıb.

Məlumatlara görə, Əfqanıstandakı müharibədən qaçan İrana sığınan 3 milyondan artıq qaçqın var. Əfqan didərginlərindən yalnız 950 mini qaçqın statusuna sahibdir.

Deməli, İranın əlində ən azı 2 milyon əfqanı “könüllü” mücahid etmək imkanları mövcuddur.

Zavallı əfqanlar! “Yağışdan qaçarkən yağmura tutulmaq” buna deyərlər. Lap, ANS-ın məşhur şüarı kimi: “Döyüş alnınıza yazılıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.