Neft bahalaşa bilər, Venesuela hərəkətə keçdi

30-01-2016, 13:00           
Neft bahalaşa bilər, Venesuela hərəkətə keçdi
Venesuelanın Neft naziri Euloxio Pino fevralın 1-də Rusiyaya rəsmi səfər edəcək.

Axar.az xəbər verir ki, Pino səfəri çərçivəsində Rusiyanın Energetika naziri Aleksandr Novakla görüşəcək.

Nazirlərin görüşünün əsas mövzusu isə neftin qiymətinin stabilləşdirilməsi ilə bağlı olacaq.

Venesuela naziri Rusiyadan sonra Qətər, İran, İraq və Səudiyyə Ərəbistanına yola düşəcək və sözügedən ölkələrdə də ucuz neft problemi müzakirə ediləcək.

Qeyd edək ki, hazırda qiymətlərin ucuzlaşmasında başlıca problem kimi neft hasilatının çoxluğu göstərilir. Rusiya yanvarın 28-də hasilatın azaldılması ilə bağlı OPEK-lə müzakirələr aparmağa hazır olduğunu açıqlayıb. Məhz bundan sonra birjalarda neftin qiyməti 36 dolları ötüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.