İtaliyanın “Enel” və “Eni” şirkətləri yaşıl hidrogen istehsal edəcək

5-12-2020, 09:15           
İtaliyanın “Enel” və “Eni” şirkətləri yaşıl hidrogen istehsal edəcək
İtaliyanın “Enel” energetika şirkəti və “Eni” neft-qaz konserni 2022-2023-cü illərdə hər birinin gücü 10 MVt olacaq iki elektrolizator quraşdıracaq.

“Report” şirkətlərin məlumatlarına istinadən xəbər verir ki, elektrolizatorlar “Eni”nin iki neft emalı zavodunun yanında yerləşəcək.

“Eni” ilə birlikdə perspektivli ekoloji təmiz hidrogen sektorunu araşdırmaqda maraqlıyıq”, - “Enel”in baş direktoru Françesko Staraçe deyib.

O, ilk layihələrin reallaşacağı yerlərin artıq müəyyənləşdirildiyini söyləyib. Şirkətlərin quracağı bütün sistem qapalı dövrədə işləyəcək. Bərpa olunan enerji ilə işləyəcək elektrolizator və neft emalı zavodu eyni yerdə yerləşəcək. Bu, hidrogenin hərəkəti ilə bağlı çətin nəqliyyat infrastrukturunun qurulmasından yayınmağa imkan verəcək.

“Enel”dən bildiriblər ki, şirkət hazırda İspaniya, Çili və ABŞ-dakı digər hidrogen layihələri üzərində işləyir. Şirkət ekoloji təmiz hidrogen sənayesində gözlənilən iqtisadi irəliləyişlər təsdiqlənərsə, 2030-cu ilə qədər 2 GVt hidrogen gücləri (çox güman, söhbət elektrolizatorlardan gedir – red.) qurmağı hədəfləyir.

“Eni” hazırda Böyük Britaniya və İtaliyada göstərilməyən hidrogen layihələri planlaşdırır. Baş direktor Klaudio Deskaltsi həmçinin təbii qazdan karbon tutma və saxlama yolu ilə istehsal olunan göy hidrogen həllərinin də nəzərdən keçirildiyini söyləyib.

“Məqsədimiz birbaşa tullantıları azaltmaq məqsədilə ən yaxşı aşağı karbonlu - yaşıl və ya mavi həlli tətbiq etməklə karbon izinin azaldılmasını sürətləndirmək, eləcə də müştərilərimizi təmin etmək üçün bioməhsullara keçməkdir”, - o deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.