Salvadorun fırıldaqçılıqda ittiham olunan sabiq prezidenti vəfat edib

31-01-2016, 12:20           
Salvadorun fırıldaqçılıqda ittiham olunan sabiq prezidenti vəfat edib
Salvadorun böyük həcmdə pul fırıldaqçılığında şübhəli bilinən və komada olan sabiq prezidenti Fransisko Flores şənbə günü axşam 56 yaşında vəfat edib.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə Florensin prezidentlik illərində mənsub olduğu Millətçi Respublika Birliyi müxalifət partiyasının rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.

"Biz keçmiş prezident Fransisko Floresin vəfatı ilə əlaqədar heyfislənir və onun ailəsinə bu ağır gündə başsağlığı veririk", — deyə məlumatda bildirilib.

Flores bir müddət əvvəl evində huşsuz vəziyyətdə aşkar olunaraq xəstəxanaya yerləşdirilmişdi. Həkimlər Floresin koma vəziyyətinə düşdüyünü və onun nevroloji pozuntular səbəbindən geriqayıtmaz xarakter daşıdığını bildirmişdilər.

Flores Salvadora 1999–2004-cü illərdə prezidentlik edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.