Suriya müxalifəti BMT-nin baş katibi Pan Gi Mun, ABŞ dövlət katibi Con Kerri və Rusiya Xarici İşlər naziri Sergey Lavrovdan BMT qətnaməsinin həyata keçirilməsi ilə bağlı razılıq alıb.
Axar.az xəbər verir ki, bunu Suriya müxalifətini Cenevrədəki danışıqlarda təmsil edən nümayəndəsi Səlim əl Müslət deyib.
Qeyd edək ki, bür müddət əvvəl Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin katibi Riyad Ağa rəsmi Dəməşqin BMT TŞ-nın 2254 nömrəli qətnaməsini yerinə yetirməyəcəyi təqdirdə müxalifətin danışıqlara başlamayacaqlarını bildirmişdi.