Neftin qiyməti 60% bahalaşacaq
31-01-2016, 21:04
İndiki vəziyyətin günahkarı ABŞ, Rusiya və İranı zəiflətmək istəyən Səudiyyə Ərəbistanıdır.
Bir sıra qiymətləndirmələrə əsasən, neftin bir barelinin qiyməti 2017-ci ildə 55 dollara çata bilər.
ANS PRESS-in məlumatına görə, bunu Yaxın Şərq üzrə analitik, Dubayda Risklərin İdarə olunması İdarəsinin müşaviri Teodor Karasik deyib.
Neftin qiymətinin cari artımının müvəqqəti olduğunu bildirən ekspert qeyd edib ki, neft bazarında vəziyyətin inkişafını heç kim dəqiq bilə bilməz.
Neftin qiyməti 60% bahalaşacaq
Teodor Karasik - Dubayda Risklərin İdarə olunması İdarəsinin müşaviri
"Trend"ə müsahibə verən Teodor Karasik bildirib ki, neft bazarında indiki vəziyyətin günahkarı ABŞ, Rusiya və İranı zəiflətmək məqsədilə iqtisadi və siyasi böhran yaratmaq istəyən Səudiyyə Ərəbistanıdır.
Yanvar ayında Brent neftin qiymətinin dəyişməsi (dollar/barrel)
Neftin qiyməti 60% bahalaşacaq
Yanvar ayında neftin qiymətinin dəyişməsi analitkin dediklərini müəyən qədər təsdiqləyir. Məsələn, yanvarın 20-də bir barrelinin qiyməti 27,88 dollara düşmüş Brent nefti hazırda 34,74 dollardan satılır. Amma istənilən halda neftin qiymətinin müəyyən qədər qalxaraq istehsalçı ölkələrə üçün əlverişli vəziyyətdə sabitləşməsi OPEK və kartelə daxil olmayan ölkələr arasındakı anlaşma nəticəsində baş tuta bilər.
Neftin qiyməti 60% bahalaşacaq
Nikolas Madura - Venesuela prezidenti
Bu məsələyə diqqət yetirən Venesuela prezidenti Nikolas Madura bildirib ki, artıq OPEK və kartelə daxil olmayan ölkələr anlaşmaya yaxındırlar: “Biz artıq OPEK və kartelə daxil olmayan neft ölkələri arasında anlaşmaya yaxınıq. Amma yaxınıq demək, anlaşma əldə olunub demək deyil”.
“PetroleumWorld” agentliyinin neft analitiki Elio Oep isə bildirib ki, bu anlaşma əldə edildikdən sonra bazar Rusiya və Səudiyyə Ərəbistanının addımlarından asılı olacaq. Hər halda, birlikdə gün ərzində təxminən 20 milyon neft hasil edən bu iki ölkə bazara nəzarət edə bilər. Analitikin fikrincə, bu, neftin barrelinin qiymətini 30-40 arasında qərarlaşdırmağa imkan yaradar.