Portuqaliyada Madeyra adasında görülən və sosial şəbəkələrdə “Tanrının əli” adı ilə yayılan foto qısa müddətdə izlənmə rekordı qırıb. Hətta bəziləri bu fotoları dəhşətlə izlədiyini bildirib.
Cebhe.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolar yerli sakinlər tərəfindən çəkilib. Bloqqer Rocerio Paşeko səma hadisəsinin müxtəlif fotolarını yayıb. O, fotonu öz Facebook səhifəsində yaydıqdan sonra ona bir çoxları “Tanrının əli” adını verib.
Meteoroloq Kuinsi Veqel təbiət hadisəsinin buludların işıq şüalarının təsirindən belə göründüyünü açıqlayıb. -teref.az olaraq onuda qeyd etmək istəyirik ki, bu ad altında bu birinci təbiət hadisəsi deyil. Qeyd edək ki, “Tanrının əli” adlandırılan obyekt ulduz partlayışı nəticəsində ətrafa səpələnmiş qaz və toz buludundan təşkil olunub. Bu günə qədər "Tanrının əli" adlanan kainat hadisələrinin fotosu: