“Saakaşvili ruslara silahla cavab verməyi əmr etdi”

1-02-2016, 14:38           
“Saakaşvili ruslara silahla cavab verməyi əmr etdi”
Rusiya qəsdən MDB-də konflikt zonaları yaradıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında gürcüstanlı tarixçi Oleq Panfilov söyləyib. Onun sözlərinə görə, 2008-ci ildə Saakaşvili Rusiyaya sərt cavab verməyə məcbur idi:

“2008-ci ildə mən Gürcüstan Təhlükəsizlik Şurasında informasiya savaşı istiqamətində fəaliyyət aparırdım. Biz həmin dövrdə Rusiyanın 58-ci ordusunun avqustun 2-də Cənubi Osetiyaya hərəkət etdiyi haqqında məlumat aldıq. Cənubi Osetiyaya Şimali Osetiyadan gəlmək üçün Roks tuneli (3730 metrlik avtotunel) var və bu, çox dar ərazidir. Ruslar deyirlər ki, müharibə 7-8 avqustda başlayıb. Qəribədir ki, burada birdən-birə 58-ci ordu peyda olur. Axı bir anın içində yüzlərlə tankı bu dar ərazidən necə Cənubi Osetiyaya keçirmək olar? Rus ordusu bu ərazilərə avqustun 2-də daxil olmuşdu və plana əsasən, onlar Tiflisi 12 avqustda tutmalı idilər. Məhz buna görə Saakaşvili ruslara silahla cavab verməyi əmr etdi”.

O, Rusiyanın MDB-dəki konfliktləri həll etməyəcəyini bildirib:

“SSRİ-nin süqutundan sonra Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Qarabağın işğalı sadəcə imperiya ərazilərini əlində saxlamağa cəhd idi. Ona görə ki, bu ölkələrdə həmin dövrlərdə siyasi vəziyyət o qədər də stabil deyildi. Hər yerdə hakimiyyətə Rusiyanın orbitindən çıxmağa can atan dissidentlər gəlirdi. Moskva bu tendensiya vasitəsilə həmin ölkələri şantaj edirdi. O zaman hər kəs təəccüblənmişdi ki, bəs niyə bu tip hadisələr Ukraynada olmadı? Ona görə ki, Kiyev daima Moskva və Vaşinqton arasında manevr edirdi. Kreml həmişə düşünürdü ki, Ukraynada qərbyönlülərin sayı azdır və orada heç nə baş verməyəcək. İndi isə hər şey dəyişib. Rusiya bundan sonra həmin konfliktləri həll etmək niyyətində deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.